İndi də Macarıstanı su basdı

İndi də Macarıstanı su basdı
  07 İyun 2013    Oxunub:1359
Avropanı cənginə alan aramsız yağışlar bu dəfə Macarıstanı su altında qoyub.
Almaniya, Avstriya və Çexiyanın ardınca indi də Macarıstanı su basıb. Tuna çayının daşması nəticəsində xeyli sayda qəsəbə su altında qalıb. Çayda suyun səviyyəsi 7 metr yüksəlib. Paytaxt Budapeşt də daxil olmaqla bir sıra şəhərlərdə həyat tamamilə iflic olub.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Macarıstanın baş naziri Viktor Orban şəxsən şəhərdə gəzintiyə çıxıb və selin fəsadlarıyla tanış olub. Yanına heç bir mühafizəçi almayan Orban, şəxsi avtomobili ilə Budapeşt küçələrinə çıxıb. Orban xalqı əmin edib ki, seldən zərər çəkmiş bütün şəxslərə lazımi yardım göstəriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti