Ərdoğan : “Dünyanın harasına gedirsiniz gedin...”

Ərdoğan : “Dünyanın harasına gedirsiniz gedin...”
  06 İyun 2013    Oxunub:1593
“Daha öncə də qeyd etdiyim kimi, Taksim gəzinti parkında nümayişə qatılanlar, günahsız insanların və ictimai əmlakın ziyan görməsinə səbəb olurlar. Artıq bəziləri terror hadisələri də törətməyə başlayıb. Söhbət Taksimdəki hadisələrdən kənar qalan vətəndaşlarımızdan getmir . Bilirik bu hadisələri kim törədir”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Tunisə səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.

Ərdoğan vətəndaşlara üzünü tutaraq bildirib ki, heç bir hüquq qeyri-qanuni yollarla əldə edilə bilməz:

“İstədiyim yerdə mitinq edərəm, yandıraram, dağıdaram,desəniz, əlbəttə ki, buna icazə vermərik. Biz 21 milyon yarım insanın səsini qazanmış bir partiyayıq. Biz mübarizəmizi bu günə kimi demokratiya yolu ilə aparmışıq və vətəndaşlar bilməlidirlər ki, ən gözəl şey insanın öz hüququnu qorumasıdır. İstanbulun təbii gözəlliyini də qorumaq lazımdır”.

Ərdoğan onu da vurğulayıb ki, dünyanın elə bir ölkəsi yoxdur ki, bu cür fövqəladə vəziyyətlərdə gözyaşardıcı qazdan istifadə olunmasın:

“Müavinim və vəkilim lazımı tədbirləri görüb. Biz sözümüzü açıq şəkildə deyirik. Dünyanın harasına gedirsiniz gedin bu cür əsərlərlə qürur duyulmalıdır.
İstanbulun proyekti animasiyalarla göstərilmişdi. Yaxşı, sual olunur. Nəyə görə, o zaman səsini çıxarmayanlar, indi bizi tənqid edir?

Biz Taksimi ətraf mühitə qazandırmağa çalışacağıq. Taksimdəki səki daşları sökülür. Buna son vermək və səmimi vətəndaşlarımızın arasında kimlərin olduğunu aşkara çıxarmaq lazımdır. Mən vətəndaşlarımızı ölkəni və ətrafı qorumağa dəvət edirəm. Unutmamalıyıq ki, ətraf yalnız ağaclardan ibarət deyil”.

Mirvari






Teqlər:  





Xəbər lenti