Mişel Obama lesbiyanla dalaşdı -VİDEO

Mişel Obama lesbiyanla dalaşdı -VİDEO
  06 İyun 2013    Oxunub:1785
ABŞ-ın birinci xanımı Mişel Obama Demokratik Milli Komitənin iclasında çıxışı zamanı etirazçı lezbian onun sözünü kəsib.
AzVision.az Huffington Post-a istinadən məlumat verir ki, Mişel Obamanın sözünü kəsən etirazçı geylər və lesbiyanlar üçün bərabər hüquqlar tələb edib.

Obamanın 20 dəqiqəlik çıxışına 12 dəqiqə müdaxilə edən 56 yaşlı Ellen Şturs kütlənin qarşısında dayanaraq lesbiyan, gey, biseksual və transgenderlərin hüquqları barədə danışmağa başlayıb.

“Bu mənim həll edə bilməyəcəyim məsələdir” – xanım Obama cavab verib. O, kürsünü tərk edib və Ştursa yaxınlaşaraq “ya mənə qulaq asın, ya da mikrofonu götürüb özünüz danışın. Mən onsuz da buranı tərk edirəm” – deyə Obama əlavə edib.

Şturs iclasdan sonra bildirib ki, onun niyyəti Obamanın çıxışını kəsmək deyildi. O, demokratik partiyanın diqqətini geylərin diskriminasiyasına yönəltmək istəyib.





AzVision.az


Teqlər:  





Xəbər lenti