AŞPA sessiyasının gündəliyi açıqlandı

AŞPA sessiyasının gündəliyi açıqlandı
  06 İyun 2013    Oxunub:1417
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyi açıqlanıb. İyunun 24-dən 28-dək keçiriləcək sessiyanın ilk günündə AŞPA sədri ötən dövr ərzində görülən işlər barədə məlumat verəcək, büro və daimi komitənin hesabatları dinləniləcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri müzakirə olunacaq, Nazirlər Komitəsinin sədri hesabat məruzəsi ilə çıxış edəcək.
AzərTAC-ın məlumatına görə, sessiyanın ikinci iş günündə Avropa Məhkəməsinə İslandiyadan, Litvadan və Slovakiya Respublikasından hakimlərin seçkisi keçiriləcək, Macarıstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi vəziyyəti müzakirə olunacaq.

Sessiya zamanı korrupsiyaya qarşı mübarizə, insan sağlamlığının qorunmasında bərabərlik və gündəlikdəki digər məsələlər müzakirəyə çıxarılacaq, fundamental insan hüquq və azadlıqlarının qorunmasına dair Konvensiyanın 16-cı protokolunun layihəsinə baxılacaq.

Sessiya çərçivəsində Avropa Parlamentinin sədri çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Sessiyada Azərbaycan ilə bağlı hər hansı məsələnin müzakirəsi nəzərdə tutulmayıb.


Teqlər:  





Xəbər lenti