İzmirdə 24 bloqqer tutuldu

İzmirdə 24 bloqqer tutuldu
  05 İyun 2013    Oxunub:1586
Türkiyənin İzmir şəhərində 24 nəfər bloqqer sosial şəbəkələrdə hökumətə qarşı təbliğat apardığına görə həbs olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, həbs olunanlar 25 yaşlarında gənclərdir. 14 nəfər bloqqer isə axtarışdadır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bloqqerlərin hökumətə qarşı təbliğatı barədə dəlillər onların kompüterlərində aşkar olunub.

Daha əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Twitter sosial şəbəkəsini yalan informasiya verməklə dövlətdə “sakitliyi pozmaq”da ittiham etmişdi. O, müsahibələrinin birində - “sosial şəbəkələr cəmiyyəti narahat edirlər” – deyə şikayətlənmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti