Çin nüvə potensialını artırır

Çin nüvə potensialını artırır
  04 İyun 2013    Oxunub:3647
Beş aparıcı nüvə dövlətlərindən (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) biri olan Çin kütləvi qırğın silahı potensialını genişləndirib.
Bu barədə dünya problemlərinin araşdırılması üzrə Stokholm institutu illik məruzəsində (SIPRI Yearbook 2013) bildirib. Ekspertlər eyni zamanda təsdiq edir ki, Rusiya və ABŞ nüvə güclərini azaltsa da, onları müasirləşdirir.

Əgər keçən il Çində 240 döyüş başlığı olduğu güman edilirdisə, hazırda bu rəqəm 250-yə çatıb. Bu döyüş başlıqları işlək vəziyyətdə deyil, yəni onlar Rusiya, ABŞ, Fransa və Böyük Britaniyada olduğu kimi daşıyıcı raketlərə birləşdirilməyib.

Pakistan və Hindistan da bu sahədə potensialını artırır və raket sistemlərini inkişaf etdirir.

İsveç mərkəzinin statistikasına əsasən, 2013-cü ilin əvvəlində səkkiz nüvə dövləti – ABŞ (2,15 min), Rusiya (1,8 min), Böyük Britaniya (1,6 min), Fransa (2,9 min), Çin, Hindistan, Pakistan və İsrail – 4,4 min operativ nüvə silahı vahidinə malik idilər. Onların təxminən 2 mini döyüşə hazır vəziyyətdədir. Bütovlükdə bu arsenal 17 min 265 vahid təşkil edir. Bu say 2012-ci illə (19 min) müqayisədə azalıb.

Leyla Cavadova
AzVision.az



Teqlər:





Xəbər lenti