Almaniya ən uzun sözü lüğətindən çıxardı

Almaniya ən uzun sözü lüğətindən çıxardı
  04 İyun 2013    Oxunub:8428
Almanlar ən uzun sözlərini lüğətlərindən çıxarıblar.
AzVision.az HuffingtonPost-a istinadən məlumat verir ki, alman dilindən 63 hərfdən ibarət ən uzun söz çıxarılıb.

“Rindfleischetikettierungsueberwachungsaufgabenuebertragungsgesetz” sözü alman dilinə mal ətinin qablaşdırılması qanunu tətbiq edilən zaman – 1999-cu ildə alman dilində yaranıb. Lakin Avropa Birliyi qaydaları dəyişdiyi üçün həmin söz bütün kitablardan çıxarılıb.

Alman dilində uzun söz bununla bitmir. “Dunayda paroxod cəmiyyəti kapitanının dul arvadı” mənasının verən “Donaudampfschifffahrtsgesellschaftskapitaenswitwe” sözü hələ də alman dilində mövcuddur. Lakin bu söz dildə nadir hallarda istifadə edildiyi üçün həmin söz lüğətə salınmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti