Abdullah Güldən gözlənilməz jest

Abdullah Güldən gözlənilməz jest
  04 İyun 2013    Oxunub:1239
Abdullah Gül polislərə iqamətgahı ətrafında aksiya keçirən vətəndaşlara müdaxilə etməmək barədə təlimat verib.
Türkiyənin Taksim gəzinti parkında ağacların kəsilməsi ilə başlayıb ölkə gündəmini zəbt edən aksiyalar zamanı yaşanan bir olay diqqəti cəlb edib.

AzVision.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, etiraz aksiyalarının daha çox vüsət aldığı Ankarada bir qrup nümayişçi Türkiyə prezidenti Abdullah Gülün iqamətgahına doğru hərəkət etməyə başlayıb.

Etiraz nümayişlərinin ardının kəsilmədiyini görən polislər, vətəndaşlara “bibər qazı” ilə mane olmaq istəyib. Lakin prezident polislərə təlimat verərək bildirib ki, aksiya iştirakçılarına heç bir müdaxilə edilməsin.

Qeyd edək ki, nümayişçilər bir müddət sonra Abdullah Gülün iqamətgahını tərk ediblər.



Teqlər:  





Xəbər lenti