Obama: “Azərbaycanın ABŞ kimi tərəfdaşı var”

Obama: “Azərbaycanın ABŞ kimi tərəfdaşı var”
  04 İyun 2013    Oxunub:1338
Bu barədə ABŞ prezident Barak Obamanın bu gün Bakıda işə başlayan XX beynəlxalq Xəzər Neft-Qaz Sərgisinə ünvanladığı və ABŞ səfiri tərəfindən təqdim olunan məktubunda bildirilir.

Məktubda qeyd olunub ki, həyata keçirilən beynəlxalq neft-qaz layihələri Azərbaycanı mühüm neft tədarükçüsü ölkəsinə və eyni zamanda region üçün qaz mənbəyinə çevirib: «Növbəti illərdə «Şahdəniz» layihəsinin ikinci fazasının və TANAP layihəsinin reallaşdırılması Azərbaycanı Avropanın da ən mühüm qaz tədarükçüsünə çevirəcək».

Məktubda həmçinin bildirilir ki, Azərbaycanın neft resursları ona imkan yaradıb ki, o öz iqtisadiyyatını diversifikasiya etsin, qanunun aliliyini möhkəmləndirsin: «İstərdim ki, Azərbaycanın ABŞ kimi öhdəlikli və loyal tərəfdaşı olmasını biləsiniz».
APA


Teqlər:





Xəbər lenti