Rusiyadan Türkiyədəki aksiyalarla bağlı açıqlama

Rusiyadan Türkiyədəki aksiyalarla bağlı açıqlama
  04 İyun 2013    Oxunub:1592
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyədə yaşanan son olaylar barədə açıqlama verib.
AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, D.Peskov Türkiyədə yaşanan etiraz aksiyalarının Türkiyənin daxili işi olduğunu bildirib.

Kremlin sözcüsü məsələ ilə bağlı Rusiya və Türkiyə arasında heç bir görüşün olmadığını bildirib və qeyd edib ki, Putinin aksiyalardan xəbəri var.

“Biz bunu heç bir şəkildə şərh edə bilmərik. Bu Türkiyənin daxili məsələsidir. Türkiyə bizim ən yaxın qonşumuzdur, regional məsələlərdə ortağıq. Türkiyədə ilə geniş iqtisadi və investiyaya əlaqələrimiz var. Biz qəti şəkildə Türkiyədə stabilliyin tərəfdarıyıq. Buna görə də, iki ölkə arasında bu məsələ ilə bağlı heç bir görüş və müzakirə ola bilməz”-deyə, Dmitri Peskov əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti