Tarkandan aksiyaçılara dəstək
“Yeddi ildir Təbiət Dərnəyi ilə birgə Anadolunun hər yerində təbiətin qorunması üçün mübarizə aparırıq. “Təbiət Sənsən” konserti mənim üçün bu mübarizənin dönüş nöqtələrindən biridir. Ancaq hazırda təbiətin, cəmiyyətin və insan haqlarının bir bütün halında sorğulandığı dövrdə yaşayırıq. Daha öncə də bildirdiyim kimi bu aksiyaları dəstəkləyirəm. Belə həssas zamanlarda dinc hərəkatı dəstəkləməyin və birləşməyin bütün layihələrdən daha önəmli olduğunu düşünürəm. Buna görə də “Təbiət Sənsən” konsertini təxirə salmaq qərarına gəldik”,-deyə sənətçi bildirib.