Abdullah Gül xalqına səsləndi

Abdullah Gül xalqına səsləndi
  03 İyun 2013    Oxunub:1380
“Türkiyənin imicinə xələl yetirə biləcək davranışlardan qaçmaq lazımdır”.
“Hər bir vətəndaş öz ölkəsində özünü azad hiss etməlidir. Bu mənada demokratiya, demokratik seçkilər aparmaqla, xalqın iradəsi ilə ortaya çıxır. Amma demokratiya demək, yalnız seçki demək də deyil. Bütün vətəndaşların, böyük bir duyarlılıq içərisində addım atacaqlarına inanıram. Ortaya atılan bütün fikirlər qiymətləndirilib, qeydə alınıb və mesajlar söz sahibinə çatdırılıb. Vətəndaşlarımıza sevgilərimi göndərirəm”.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Abdullah Gül Taksimdə baş verən hadisələri şərh edərkən bildirib.

A.Gülün sözlərinə görə, Türkiyə demokratiyaya, hüquqa inanan və demokratiyanın qaydalarına əməl edən bir ölkədir:

“Türkiyədəki demokratiya qərb demokratiyasına söykənir və müəyyən standartlar çərçivəsində həyata keçirilir. Türkiyədə hər bir vətəndaşın düşüncəsi, fikirləri və inancları bizim üçün dəyərlidir. Biz açıq bir cəmiyyət içərisində yaşayırıq, hamımız fərqli-fərqli düşüncələrimizə, siyasi fikirlərimizə, inanclarımıza görə bir-birimizə şübhəsiz hörmət etməliyik. Bu hörmət və sevgi qarşılıqlı olmalıdır”.

Prezident vurğulayıb ki, son günlərdə baş verən xoşagəlməz hadisələrə görə diqqətli olmaq gərəkdir:
“Açıq şəkildə demək istəyirəm ki, xoş niyyətlə göndərilən mesajlar söz sahibinə çatıb. Gün gələcək, zəruri tədbirlər görüləcək. Sadəcə, hadisələrin bu cür gedişatından sonra bir qədər diqqətli olmaq lazımdır.

Hamıya məlumdur ki, bu tip ictimai hadisələrin baş verməsindən qeyri-qanuni təşkilatlar da öz xeyrinə yararlanmaq istəyəcək. Buna qəti yol vermək olmaz. Bütün vətəndaşlarıma ayıq-sayıq olmağa, sağlam düşünərək addım atmağa çağırıram. Qayda-qanunlara hər kəs əməl etməlidir. Kim etirazını bildirmək istəyirsə, bunu sülhsevər bir şəkildə dilə gətirməlidir. Türkiyənin imicinə xələl yetirə biləcək davranışlardan qaçmaq lazımdır”.

Abdullah Gül onu da qeyd edib ki, bir ölkənin imicini formalaşdırmaq elə də asan məsələ deyil. Unutmamalıyıq ki, Türkiyə hamımızındır və ölkəmizə sahib çıxmalıyıq:

“Bu andan etibarən hamımızın yerinə yetirəcəyi tək bir şey var. Hadisələrin daha da böyük vüsət almama sı üçün sakitləşmək və qaydalara əməl etmək. Ölkəmizə hər hansı bir şəkildə xələl dəyməsinə fürsət verməməliyik”.

Mirvari



Teqlər:  





Xəbər lenti