Suriya vətəndaşlarını Türkiyəyə buraxmır
Ölkənin Xarici İşlər Nazirliyi vətəndaşlara məsləhət görərək bildirib ki, onlar təhlükəsizlik baxımından Türkiyənin bəzi şəhərlərinə səfər etməsinlər. Çünki Türkiyənin bəzi şəhərlərində Ərdoğan hökumətinin dinc etirazçılara qarşı zorakılığı davam edir.
Suriya Türkiyə ilə qonşu ölkədir və bir zamanlar müttəfiq olub. Lakin Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı üsyandan sonra iki ölkə arasında münasibət korlanıb. Ərdoğan dəfələrlə Əsədi hakimiyyəti tərk etməyə çağırıb.
AzVision.az