Türkiyədə polis-vətəndaş toqquşması
Polisin müdaxiləsindən sonra aksiya iştirakçıları qruplara bölünərək ara küçələrə, Barbaros bulvarı, Çırağan sarayı və baş nazirin iqamətgahı olan Dolmabağça sarayı tərəfə istiqamətləniblər. Polis qüvvələri isə onları təqib etməyə başlayıb.
Bəzi etirazçılar ərazidə yerləşən iaşə və ticarət obyektlərinin şüşələrini qırıb, dükanlara zərər yetirib. Bu səbəbdən aksiya iştirakçıları ilə dükan sahibləri arasında da bir neçə toqquşma baş verib. İğtişaşlar zamanı bir polis maşını da yandırılıb.
Etirazçılar Ərdoğanın iqamətgahına doğru irəliləyiblər, ancaq polislər yaxınlaşmağa imkan verməyiblər.
AzVision.az