Lavrov Kerriyə pomidor və kartof bağışladı

Lavrov Kerriyə pomidor və kartof bağışladı
  13 May 2015    Oxunub:1681
Rusiya Xarici işlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Con Kerri ilə Soçidə görüşü baş tutub.
Rusiya KİV-i xəbər verir ki, yarım saat çəkən görüşdən sonra “Vətən” mehmanxanasında nahar edən iki dövlət rəsmisi müzakirə edilən məsələlərlə bağlı şərh verməkdən imtina ediblər.

Nahar zamanı diqqət çəkən maraqlı məqam isə Lavrovun Con Kerriyə Krasnodar pomidor və kartofu, həmçinin Qələbənin simvolunu özündə əks etdirən köynək hədiyyə etməsi olub.


Teqlər:





Xəbər lenti