Üsamə Ben Laden ölməyib? - Sensassion iddia

Üsamə Ben Laden ölməyib? - Sensassion iddia
  13 May 2015    Oxunub:3049
Amerikalı jurnalist Seymur Herş ABŞ administrasiyasının Üsamə Ben Ladenin öldürülməsi barədə yaydığı məlumatın yalan olduğunu iddia edir.
Pulitzer mükafatı laureatı bu iddianı kəşfiyyat idarəsinin istefada olan yüksək vəzifəli əməkdaşından aldığı məlumata əsasən irəli sürüb.

AzVision.az Euronews telekanalına istinadla xəbər verir ki, Herş “Əl-Qaidə” liderinin hələ 2006-cı ildə Pakistan kəşfiyyatı tərəfindən saxlandığını və onun nəzarəti altında yaşadığını deyir.

Jurnalistin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin daxili məruzəsinə əsasən indiyə qədər törədilən terror aktlarının yalnız az bir qismi “Əl-Qaidə”nin adı ilə bağlıdır.

Seymur Herş Pakistan hökumətinin bütün bu dövr ərzində Ben Ladenin yaşadığı yer barədə məlumatlı olduğunu və 2010-cu ildə bu informasiyanı Mərkəzi Kəşfiyyat İdarəsinə 25 milyon dollar müqabilində satdığını deyir.

“Əl-Qaidə” liderinin öldürülməsi üçün planlaşdırılan əməliyyatdan öncə isə ABŞ onun DNK nümunələrini və gizləndiyi sığınacağın ətraflı sxemini əldə edib.

Seymur Herş, həmçinin iddia edir ki, öldürülən zaman Ben Laden artıq əlil imiş.

Ağ ev də öz növbəsində jurnalistin yaydığı məlumatı təkzib edən bəyanat yayıb.


Teqlər:





Xəbər lenti