Britaniya Ermənistandakı səfirini dəyişdi

Britaniya Ermənistandakı səfirini dəyişdi
  12 May 2015    Oxunub:1245
Böyük Britaniya Krallığı Ermənistandakı səfirini dəyişib.
AzVision.az-ın “BBC”yə istinadən xəbər verir ki, Ketrin Liçin yerinə Cudit Farnvort təyin edilib.

Qeyd edək ki, Cudit Farnvort buna qədər Böyük Britaniyanın Qırğızıstandakı diplomatik missiyasına rəhbərlik edib. Yeni səfir bu ilin sentyabr ayından səlahiyyətlərinin icrasına başlayacaq.

Mərkəzi Avropa və Postsovet ölkələri üzrə mütəxəssis olan Farnvort daha əvvəl daha əvvəl Böyük Britaniyanın Latviya, Ukrayna və Çexiyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti