Türkiyədən Liviyaya etiraz notası
“Bu hadisə Liviyadakı real vəziyyəti əks etdirir. Biz öz reaksiyamızı Liviyanın Ankaradakı səfirliyinə, həm də İstanbuldakı konsulluğuna çatdırdıq, etiraz notası göndərdik. Bundan əlavə, biz Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində təşəbbüs xarakterli addımlar atırıq. Biz, həmçinin hadisə ilə bağlı BMT-dəki nümayəndəmizə də tapşırıqlarımızı vermişik”, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, mayın 10-u Türkiyə şirkətinə məxsus “Tuna-1” yük gəmisi İspaniyadan alınan tikinti materiallarını sifarişçiyə təhvil vermək üçün Liviyanın Tobruk limanına yaxınlaşmağa cəhd edib. Lakin limandan təxminən 13 mil aralıda qurudan top atəşinə məruz qalıb. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Gəmi oradan uzaqlaşmağa çalışarkən havadan edilən hücum zamanı bir nəfər Türkiyə vətəndaşı həyatını itirib.
Eldar Tanrıverdiyev
Azvision.az
Teqlər: