ABŞ-da xristianların sayı sürətlə azalır

ABŞ-da xristianların sayı sürətlə azalır
  12 May 2015    Oxunub:1643
ABŞ-da xristianların sayı sürətlə azalmağa başlayıb.

AzVision.az-ın məlumatına görə, bu barədə “USA Today” “Pew Research Center”in hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, özünü xristian adlandıran amerikalıların sayı 78,4 faizdən 70,6%-ə enib. Bu göstərici 2007-ci ildən bəri qeydə alınan ən ciddi dəyişiklikdir. Hesabat bütün demoqrafik qrupları əhatə edib.

Bu arada ABŞ-da ateist və aqnostiklərin sayı praktiki olaraq iki dəfə (müvafiq olaraq 1,6%-dən 3,1% və 2,4%-dən 4%-ə) artıb. Hesabata əsasən ümumilikdə ölkə ərazisində istənilən dinə etinasızlıq hallarında artım qeydə alınıb.

Bundan əlavə, 2010-cu ildə “qarışıq” (ər və ya onun yoldaşı fərli inanclara malikdir) nikahda olan amerikalıların sayı 39% göstəricisinə yüksəlib. 1960-cı ilə qədər evlənən amerikalılarda bu göstərici 19% olub.

Qeyd edək ki, sorğuda 35 min ABŞ vətəndaşı iştirak edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti