Putinin acı hekayəsi: `Qardaşım acından öldü...`

Putinin acı hekayəsi: `Qardaşım acından öldü...`
  02 May 2015    Oxunub:3201
“Russkiy pioner” jurnalında Prezident Vladimir Putinin ailəsinə, valideynlərinin müharibə illəri ilə bağlı xatirələrinə həsr olunan “Həyat sadə, ancaq qəddardır” sərlövhəli məqaləsi dərc edilib.

Rusiya Prezidenti yazır ki, atası müharibəyə könüllü gedib və SSRİ Daxili İşlər Xalq Komissarlığının diversiya dəstəsində döyüşüb. Onun atasının döyüşdüyü 28 nəfərlik dəstənin komandiri isə əslən alman olan sovet vətəndaşı imiş. Atası ayağından ağır yara aldıqdan sonra Leninqrada qayıdır. Rusiya Prezidenti blokada müddətində 3 yaşlı qardaşının acından öldüyünü, 5 əmisinin müharibədə həlak olduğunu qeyd edir.

Vladimir Putin yazır: “Müharibə başa çatandan sonra atama yeni mənzil verdilər. Doğrudur, dərhal vermədilər, onda mən artıq Dövlət Təhlükəsizlik Komitəsinin idarəsində işləyirdim. Onda mənə mənzil vermirdilər, ancaq atama verdilər. Bu, böyük xoşbəxtlik idi”.

Sonda Rusiya Prezidenti qeyd edir ki, Böyük Vətən Müharibəsinin bütün bəlalarına və fəlakətlərinə baxmayaraq, qəribə də olsa, insanlarda düşmənə nifrət hissi yox idi: “Anam çox həlim və mehriban qadın idi...Həmişə deyirdi ki, bu əsgərlərə necə nifrət bəsləyəsən? Onlar da sadə insanlardır və müharibədə həlak olublar”. (Azərtac)


Teqlər:  





Xəbər lenti