Keçmiş baş nazir azad edilmədi
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan öncə Kutaisi şəhər məhkəməsi Merabişvili barəsində istintaq müddətinə həbs qətimkan tədbiri seçib, Kaxeti qubernatoru, keçmiş əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Çiaberaşvilini isə 20 min lari (10 min AZN) girov müqabilində azad edib.
“Apelyasiya məhkəməsi Vano Merabişvilinin vəkillərinin şikayətinə baxaraq Kutaisi şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb”, deyə məhkəmənin məlumatında bildirilir.
Qeyd edək ki, Merabişvili və Çiaberaşvili korrupsiya fəaliyyətində (Gürcüstan Cinayət Məcəlləsinin 164-1-ci maddəsi), xidməti səlahiyyətləri aşma (332-ci maddə) və dövlət vəsaitlərinin israfında ittiham olunur (182-ci maddə).
Xatırladaq ki, V. Merabişvili bir neçə gün əvvəl Kutaisi şəhərindəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb. Vano Merabişvili ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Teqlər: