Larisa Dolina yubileyini Bakıda keçirəcək

Larisa Dolina yubileyini Bakıda keçirəcək
  11 Fevral 2015    Oxunub:2373
Rusiyanın xalq artisti Larisa Dolina doğulduğu Bakıda növbəti dəfə konsert vermək niyyətindədir.
AzVision.az xəbər verir ki, sənətçi mayda konsert proqramı ilə çıxış edəcək:

"60 illik yubileyim çərçivəsində verəcəyim böyük konsertlərdən birini Bakıda reallaşdıracağam. 3 aydan sonra baş tutacaq konsertimə hər kəsi dəvət edirəm".

Qeyd edək ki, Rusiyanın xalq artisti Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakıda anadan olub.

AzVision.az


Teqlər:





Xəbər lenti