Ermənistan azərbaycanlı futbolçudan imtina etdi – FOTO+VİDEO

Ermənistan azərbaycanlı futbolçudan imtina etdi – FOTO+VİDEO
  06 Fevral 2015    Oxunub:8459
Ermənistanın “Uliss” klubu azərbaycanlı futbolçu Şamil Qurbanovun kluba transfer olunması ilə bağlı söhbətlərə aydınlıq gətirib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Klubun açıqlamasına görə, rəhbərlik Şamil Qurbanova müqavilə təklif etməyi düşünməyib:

“Daha əvvəl biz xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu milliyətcə dağıstanlıdır və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss” də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”.

“Uliss” klubunun açıqlamasına görə, yalnız Qurbanov komandanın heyətini tərk etdikdən sonra onun vaxtı ilə Azərbaycanın gənclərdən ibarət millisində çıxış etməsini biliblər:

““Uliss” heyəti gücləndirmək məqsədilə Antalyada aktiv şəkildə seleksiya işləri aparır, heyətə oyunçular cəlb edir. Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz..”, - deyə klubun yaydığı rəsmi məlumatda bildirilir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti