Türkiyədə kütləvi həbslər davam edir

Türkiyədə kütləvi həbslər davam edir
  27 Yanvar 2015    Oxunub:2448
Türkiyə polisi qanunsuz dinləmə işi üzrə keçirdiyi əməliyyatlar zamanı ölkə təhlükəsizlik orqanlarında çalışan 26 nəfəri saxlayıb.
Bu barədə AzVision.az “Doğan” agentliyinə istinadən xəbər verir.

Həbslər ölkənin İzmir şəhərində həyata keçirilib. Həbslər şəhər prokurorluğunun orderi əsasında aparılıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da var. Həmçinin korrupsiya qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti