“Qarabağdakı gərgin vəziyyəti diqqətlə izləyirik” – Amerikalı diplomat

“Qarabağdakı gərgin vəziyyəti diqqətlə izləyirik” – Amerikalı diplomat
  27 Yanvar 2015    Oxunub:2157
ATƏT-in Minsk qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişə tərəflərinin danışıqları davam etdirməsində maraqlıdırlar.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı müvəqqəti işlər üzrə müvəkkili Klark Pays bildirib.

Onun sözlərinə görə, həmsədrlər həmçinin tərəflərin gərginliyin azaldılması üçün bütün mümkün vasitələrdən istifadə etməsini istəyirlər.

Qeyd edək ki, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik “Twitter” vasitəsilə Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edib: “Təmas xəttində zorakılığı dayandırın və danışıqlar üzrə öhdəliyi öz üzərinizə götürün”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti