Ermənistanda xalq ayağa qalxdı - CANLI YAYIM
AzVision.az xəbər verir ki, paytaxt İrəvanda, eləcə də ölkə ərazisində fəaliyyət göstərən ticarətçilər etiraz aksiyasına başlayıblar. Yüzlərlə insan İrəvanda hökumət binası qarşısına toplaşaraq hakimiyyətin istefasını tələb edir.
Onlar həmçinin ölkədə ticarətçilərə qarşı davam edən repressiyalara son qoyulmasını, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlərin görülməsini tələb edirlər.