Ebola barədə şad xəbər

Ebola barədə şad xəbər
  26 Yanvar 2015    Oxunub:2181
Ebolaya yoluxma halları azalıb və xəstəliyin qlobal yayılması təhlükəsi önlənib.
AzVision.az-ın məlumatına görə, bunu Dünya Səhiyyə Təşkilatının icraçı direktoru Dr. Margaret Çan bildirib.

Qvineya, Liberia və Sierra Leon kimi ölkələrdə xəstəliyə qarşı mübarizə artıq öz nəticəsini verir.

Ümumiyyətlə, indiyəcən Ebolaya qarşı mübarizə üçün 4 milyard dollar xərclənib. Bu il daha 1 milyard tələb olunur.

Lakin Çan deyib ki, xəstəliyin səngiməsi donorların Ebolaya qarşı mübarizə üçün pul ayırmağı dayandırması üçün əsas olmamalıdır.(ans)


Teqlər:  





Xəbər lenti