Rusiya Dilqəm Əsgərovun taleyini Ermənistanla müzakirə edəcək – Canlı Yayım

Rusiya Dilqəm Əsgərovun taleyini Ermənistanla müzakirə edəcək – Canlı Yayım
  21 Yanvar 2015    Oxunub:3464
Rusiya ölkə vətəndaşı olan Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, mətbuat konfransında girovun taleyi barədə jurnalistin - `Nəyə görə Rusiya öz vətəndaşının taleyi ilə maraqlanmır və onun azad edilməsi üçün heç bir bəyanat verməyib` sualını cavablandırarkən S. Lavrov deyib: "Onu erməni tərəfi saxlayıb və biz bu məsələni Ermənistanla müzakirə edəcəyik".

Nazirin sözlərinə əsasən, dünyanın müxtəlif ölkələrində saxlanılan bir çox Rusiya vətəndaşı var: "Məlumat almaq üçün onların taleyi ilə daim maraqlanırıq. Saxlanılma səbəbləri haqqında informasiya, vətəndaşlarımıza qarşı sürülən ittihamların ağırlığı, onların hansı şəraitdə saxlanılması, saxlanılan vətəndaşlarımız barədə hansı planların mövcudluğu əsasında müvafiq qərar qəbul edirik".

XİN rəhbəri əlavə edib ki, bunun üçün mövcud olan kanallar, Rusiyanın müvafiq ölkələrlə ikitərəfli kanalları üzrə qərarlar qəbul edilir.



AzVision.az


Teqlər:  





Xəbər lenti