İsraildə dəhşətli terror - 10 yaralı

İsraildə dəhşətli terror - 10 yaralı
  21 Yanvar 2015    Oxunub:2652
İsrailin paytaxtı Təl-Əvivdə bıçaqla silahlanan naməlum şəxs sərnişin avtobusuna hücum edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Sərnişin avtobusuna hücum nəticəsində ən azı 10 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən güllələnib.

“Böyük ehtimalla söhbət terror aktından gedir. Terrorçu avtobusun iki sərnişini ağır formada yaralayıb. O, hadisə yerindən uzaqlaşmağa cəhd edib, lakin təqibdən sonra polis tərəfindən öldürülüb”, - deyə ölkə rəsmiləri bildirib.

Artıq “HƏMAS” terror təşkilatı “Twitter” vasitəsilə terror aktına öz münasibətini bildirib. Təşkilat terror aktını “qəhrəmanlıq aktı" adlandırıb və onun sionist işğalına qarşı törədildiyini bildirib. Lakin HƏMAS terro aktına görə məsuliyyəti öz üzərinə götürməyib

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti