Rus general təcili Ermənistana çağırıldı

Rus general təcili Ermənistana çağırıldı
  19 Yanvar 2015    Oxunub:2653
Rusiya İstintaq Komitəsinin rəhbəri general-polkovnik Aleksandr Bastrıkin erməni həmkarı Aqvan Ovepyanın dəvəti əsasında bu gün Yerevana səfər edəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir ki, Ovsepyan Bastrıkinlə telefonla danışıb.

Tərəflər Gümrüdə 6 nəfərlik ailənin öldürülməsi ilə bağlı açılan cinayət işini müzakirə ediblər. Cinayət işinin vacibliyini nəzərə alan Ovsepyan Bastıkini Ermənistana dəvət edib.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti