Jirinovski partiya üzvlərini soyundurdu - VİDEO

Jirinovski partiya üzvlərini soyundurdu - VİDEO
  19 Yanvar 2015    Oxunub:2838
Bazar günü bütün dünya pravoslavları baptis (xaç suyuna salınma) gününü qeyd ediblər.
Dini bayramın ənənəsinə görə insanlar soyunub soyuq suya girməlidirlər.

Moskvada keçirilən belə tədbirlərin birində qalmaqalları ilə məşhur Rusiyanın Liberal partiyasının lideri Vladimir Jirinovski də iştrak edib.

“Bu elə bir hissdir ki, heç harda yoxdu. Qışda soyuq suyun içinə girmək...dondurma hamı yeyir, bu problem deyil. Bax amma soyunub tam (suya) girmək bu möhtəşəmdir”- deyə Jirinovski bildirib.

Jirinovski özü suya girməsə də partiyasının üzvlərini "LDPR" (Rusiya Liberal Demokrat Partiyası) loqolu köynəklə suya salmağa nail olub.

Qeyd edək ki, bayram 30 yaşında İsa məsihin Qalileydən İordan çayına gələrək İohan Predteçi tərəfindən xaç suyuna salınması rəvayətinə əsaslanır. Bundan sonra həzrəti İsaya seçilmişlərdən olduğu xəbəri və peyğəmbərlik verilir.

İnsanlar bu dini ayini hər il eliyərək günahlarını yuduqlarını düşünürlər və bu da onlara Allaha yaxınlaşmada yeni səhifə açır, stimul verir.(Ans)




Teqlər:





Xəbər lenti