Rusiyada kütləvi dava: azərbaycanlı qətl törətdi

Rusiyada kütləvi dava: azərbaycanlı qətl törətdi
  18 Yanvar 2015    Oxunub:2965
Ötən gün səhər saatlarında Tatarıstanın Naberejnıe Çelnı şəhərində yerləşən "Galaxy" gecə klubu yaxınlığında ölümlə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb.
AzVision.az-ın report-a istinadən verdiyi xəbərə görə, müəyyən edilib ki, münaqişə kluba gələn üç yerli sakin və yeddi azərbaycanlı arasında baş verib.

Klubda düşən mübahisə kənarda davam etdirilib. Dava zamanı iştirakçılardan biri bıçaq çıxardaraq rəqiblərinə zərbə endirməyə başlayıb.

Nəticədə 32 yaşlı yerli sakin boynundan aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Onun digər iki yoldaşı isə kəsilmiş-deşilmiş yaralarla ilə xəstəxanaya çatdırılıb.

Azərbaycanlılar taksiyə minərək hadisə yerindən uzaqlaşıblar.

İlkin məlumata görə, öldürülən şəxs digər klubda mühafizəçi işləyib.

Faktla bağlı cinayət işi qaldırılıb. İstintaq gedir.


Teqlər:  





Xəbər lenti