Əsəd Ərdoğana `kukla` dedi

Əsəd Ərdoğana `kukla` dedi
  17 Yanvar 2015    Oxunub:3727
Suriya prezidenti Bəşər Əsəd ölkəsində Ərdoğan hakimiyyətini terrora dəstək verməkdə ittiham edib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Çexiyanın "Literarni Noviny" qəzetinə verdiyi müsahibədə Bəşər Əsəd Ərdoğan hakimiyyətinin ABŞ-ın müttəfiqi deyil, "kukla"sı olduğunu deyib.

ABŞ-ın indiyə qədər İŞİD-ə qarşı əməliyyatlarda ciddi olmadığını deyən Bəşər Əsəd Türkiyə höküməti ilə yanaşı Qatar və Səudiyyə Ərəbistanının da ABŞ-ın kuklası olduğunu bildirib: "ABŞ İŞİD-ə qarşı mübarizədə ciddi oldğunu sübut etmək istəyirsə, bu ölkələrin terrora dəstək verməsinin qarşını almalıdır".

Rusiya ilə Qərb arasındakı münasibətlərin yaxşılaşmasının Yaxın Şərqdə sülhun əldə olunmasına müsbət təsir edəcəyini deyən Suriya prezidenti ölkəsində davam edən müharibənin hər şeydən əvvəl suriyalıların həll etməli olduğunu sözlərinə əlavə edib.


Teqlər:





Xəbər lenti