Parisdə 3 nəfəri girov götürmüş şəxs təslim olub

Parisdə 3 nəfəri girov götürmüş şəxs təslim olub
  16 Yanvar 2015    Oxunub:2566
Paris şəhəri yaxınlığında yerləşən Kolomb qəsəbəsindəki poçt şöbəsində 3 nəfəri girov götürmüş şəxs polisə təslim olub.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti BFMTV-yə istinadən xəbər yayıb.

Telekanalın məlumatına əsasən, o, poçt şöbəsini mühasirəyə alan polis əməkdaşlarına təslim olub.

Daha əvvəl verilmiş məlumata əsasən, həmin şəxs avtomat və tapança ilə silahlanmışdı, həmçinin onda bir neçə əl qumbarası var idi.

BFMTV-nin məlumatına görə, cinayətkar terrorçu deyil.


Teqlər:





Xəbər lenti