Uorlik cəbhədə erməni təxribatından danışdı

Uorlik cəbhədə erməni təxribatından danışdı
  16 Yanvar 2015    Oxunub:2501
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağda baş tutmayan monitorinqin pozulması ilə bağlı fikir bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə amerikalı həmsədr öz “Twitter” səhifəsində yazıb.

“Dağlıq Qarabağda ATƏT-in monitorinqi zamanı atışma tərəflərin verdiyi təhlükəsizlik zəmanətlərin açıq şəkildə pozulmasıdır” – deyə Uorlik qeyd edib.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. Monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən mövqelərimiz istiqamətində atəş açılıb.

Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.

Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfi həmişə olduğu kimi istənilən vəziyyətdən istifadə etməklə bu cür çirkin əməllərə əl ataraq təxribat törətməklə vəziyyəti gərginləşdirməyə və beynəlxalq təşkilatları da buna cəlb etməyə cəhd göstərir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti