Ermənilər Rusiya səfirliyini mühasirəyə aldı – FOTOLAR + VİDEO

Ermənilər Rusiya səfirliyini mühasirəyə aldı – FOTOLAR + VİDEO
  15 Yanvar 2015    Oxunub:3342
Ermənilər Rusiyanın Ermənistandakı səfirliyi önündə kütləvi etiraz aksiyalarına başlayıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən etirazçılar Gümrüdə 6 nəfəri öldürən Valeriy Permuyakovun ölkə hüquq mühafizə orqanları əməkdaşlarına təhvil verilməsini istəyirlər.

Etirazçılar “Azad, müstəqil Ermənistan” şüarları səsləndirirlər.

Aksiyaya polis əməkdaşları müdaxilə edib. Etirazçılar və polis əməkdaşları arasında toqquşmalarda baş verib.



Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti