Ruslar Putinin prezident olmasını istəyir- SORĞU
2014-cü ilin 19-22 dekabr tarixlərində keçirilən sorğu zamanı respondentlərin 55 faizi 2018-ci ildə V. Putinin yenidən prezident seçilməsini istədiyini bildirib. Sorğuda iştirak edənlərin 18 faizi isə hesab edir ki, 2018-ci ildə Rusiya prezidenti problemlərin başqa yolla həllini təklif edən şəxs olmalıdır. Öz növbəsində rəyi soruşulanların 10% düşünür ki, prezident kürsüsünə V. Putinin siyasətini davam etdirəcək yeni bir sima seçilməlidir.
Həmçinin məlum olub ki, Rusiyada əhalinin 54 faizi Putini əvəz edə biləcək şəxs yoxdur. Respondentlərin 24%-i isə hesab edir ki, lazım olsa, Putini əvəz edəcək şəxsi tapmaq olar.
Qeyd edək ki, sorğu Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib. Sorğuda iştirak edənlərin yaşı 18-dən yuxarı olub.