Atatürkün qəzeti Türkiyəni qarışdırdı

Atatürkün qəzeti Türkiyəni qarışdırdı
  15 Yanvar 2015    Oxunub:2502
Türkiyədə vaxtilə Atatürkün təsis etdiyi, hazırda CHP-yə yaxınlığı ilə tanınan "Cumhuriyyət" qəzetinin Parisdə dərc olunan və Məhəmməd peyğəmbəri (s.a.s) təhqir edən "Çarli Hebdo" qəzetinin karikaturalarını dərc etməsi ciddi narazılığa səsəb olub.
AzVision.az xəbər verir ki, Türkiyə siyasi dairələri "Cumhuriyyet" qəzetinin bu addımını hazırkı kritik anda türk cəmiyyətinin səbrini daşırmaq niyyəti güddüyünü bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən, Türkiyə prezidenti Tayyib Ərdoğan bunu çirkin bir addım adlandırıb.

"Əlbəttə, Türkiyədəki bütün mətbuat orqanları azaddır, ancaq bu media millətə xidmət etməlidir. "Cumhuriyyet" qəzeti bu yayımı ilə hansı dövlətlərə xidmət edir?"

Ərdoğan, müsəlman ölkələrin liderlərinə və mətbuat orqanlarına müraciət edərək, özlərində terror dövlətlərinə qarşı birgə hərəkət etmə cəsarəti tapmalarını istəyib.

"Cumhuriyyet" qəzetinin qarşısına isə dünən xeyli etirazçı toplanıb. Polis etirazçıların qəzetin ofisinə hücum edəcəyindən ehtiyyatlanaraq, redaksiya qarşısında post qurub.

Bu arada, İstanbulda Gülən camaatının əsas maliyyə qaynaqlarından biri kimi tanınan "Doğan" media qrupunun mətbələrindən birində çapdan çıxan "Cumhuriyyet" qəzeti polis tərəfindən müsadirə edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti