Deputatlar arasında dava düşdü - VİDEO

Deputatlar arasında dava düşdü - VİDEO
  14 Yanvar 2015    Oxunub:3851
Türkiyə Böyük Millət Məclisinin iclasında deputatlar arasında dava düşüb.
Azvision.az xəbər verir ki, TBMM-nin komitə iclasında prezident sarayının tikildiyi Atatürk Orman Çiftliyi adlanan ərazi ilə bağlı müzakirələr zamanı Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri arasında fikir yaranıb. Müxalifət nümayəndələri prezident iqamətgahı olan Ak Sarayın adı çəkilən ərazidə inşa edilməsini sərt tənqid ediblər. CHP-li millət vəkili Levent Gök Atatürk Orman Çiftliyi ərazisinin yağmalandığını eyib:

“Bu, Atatürkün mirasına xəyanətdir”.

Onun sözünü kəsən AKP-li millət vəkili Osman Ören isə əslində CHP-nin xəyanətkar olduğunu qeyd edib:

“30 ildir ölkənin cənub-şərqində ağaclar kəsilir, ona səsinizi çıxarmırsız. İndi burada 3-5 ağac kəsilib, onu xəyanət kimi qələmə verirsiz”.

Bundan sonra millət vəkilləri arasında dava başlayıb. Millət vəkilləri bir-birlərinə ağır təhqirlər səsləndiriblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu dövrdə tikdirməyə başladığı, təxminən 1000-dən çox otağı olan Ak Saray ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Prezidentin bu addımı bir çox adamın və ana müxalifətin tənqidinə səbəb olub.



Fatimə Kərimli


Teqlər:





Xəbər lenti