Sarkisyan təcili toplantı keçirib

Sarkisyan təcili toplantı keçirib
  12 Yanvar 2015    Oxunub:2486
Ermənistan prezidenti Serj Sarkisyan Gümrüdəki ailə faciəsi ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları rəhbərləri ilə təcili iclas keçirib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Toplantı zamanı yaxın zamanlarda baş verən faciənin detallarının araşdırılması, günahkarların aşkarlanması və onların məsuliyyətə cəlb olunmasının vacibliyi vurğulanıb.
Rusiyanın Ermənistandakı bazasının rəhbərliyi ölkə hüquq mühafizə orqanı əməkdaşları ilə əməkdaşlıq edir və istintaqa kömək edir.

Qeyd edək ki, bu gün Ermənistanda naməlum şəxslər 6 nəfərdən ibarət ailəni güllələyib. Məlumata əsasən hadisə Gümrü şəhərində baş verib.

Öldürülənlərdən biri azyaşlı uşaqdır.

Hazırda Ermənistan polisi faktla bağlı araşdırmalara başlayıb. İlkin məlumatlara görə, hadisəni Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi hi9ssəsinin əsgəri tərəfindən öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti