Sabiq müdafiə naziri məhkəmədə dindiriləcək
“Serdyukova ötən ilin dekabr ayında yanvarın 12-i məhkəməyə gəlmək barədə çağırış vərəqəsi göndərilib”, - deyə məhkəmənin mətbuat katibi Nina Yurkova bildirib.
Rusiyanın Müdafiə Nazirliyinin Mülk Əlaqələri departamentinin sabiq rəhbəri Yevqeniya Vasilyeva “Oboronservis” işi üzrə əsas ittihamçıdır. İstintaqın fikrincə, Vasilyeva Serdyukovu aldadaraq Müdafiə Nazirliyinə məxsus bir sıra obyektləri aşağı qiymətə satıb.
Bu arada Vasilyeva öz günahını etiraf etmir və bütün satınalma əməliyyatların birbaşa Serdyukovun əli ilə aparıldığını bildirib.
Eldar Tanrıverdiyev