Qanlı statistika - 986 nəfər ölüb

Qanlı statistika - 986 nəfər ölüb
  10 Yanvar 2015    Oxunub:1603
Airlineratings.com saytı 2014-cü ilin aviasiya qəzalarının statistikasını yayıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, ötən il aviasiya sektoru üçün olduqca çətin keçib. Xüsusilə “Malayziya Hava Yolları”na aid təyyarələrin uğradığı qəzalar və ötən günlərdə “AirAsia”nın təyyarəsinin düşməsi 2014-cü ili kabusa çevirib. 2014-cü ildə 3,3 milyard sərnişin daşınıb və 27 milyon uçuş reallaşdırılıb. 21 ölümlə nəticələnən təyyarə qəzalarında 986 nəfər həlak olub.

Sayt, eyni zamanda, 449 aviaşirkət arasında 10 ən təhlükəsiz aviaşirkəti də müəyyənləşdirib. Beləliklə “Air New Zeland”, “Sinqapur”, “Finnair”, “British Airways”, “Cathay Pacific”, “Emirates”, “Etihad”, “Eva Air”, “Lufthansa” və “Qantas” dünyanın ən etibarlı ilk 10 hava yolu şirkəti seçilib. Siyahıda yer alan “Qantas” ölümlə nəticələnən son qəzasını 1951-ci ildə yaşayarkən, “Finnair” və “Cathay” 55, “British Airways” isə 40 ildir insan itkisi qeydə alınmayan uçuşlar həyata keçiriblər.


Teqlər:





Xəbər lenti