Obamadan Fransaya dəstək

Obamadan Fransaya dəstək
  10 Yanvar 2015    Oxunub:1433
“Fransa hökuməti terror təhlükəsi ilə burun-burunadır. Ona görə də hökumət çox diqqətli olmalıdır”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama çıxış zamanı səsləndirib.

B.Obama Fransanın yanında olduqlarını bəyan edib. O, qeyd edib ki, ABŞ Təhlükəsizlik orqanları hər vasitə ilə Fransanın terrorla mübarizə qurumlarına dəstək olurlar:

“Fransa bizim ən qədim dostumuz və müttəfiqimizdir. Biz hər zaman onlara dəstək verəcəyik”.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti