Terrorçular Ollandın əmri ilə öldürülüb
Hökumətin başçısı deyib ki, Fransa terrorizmin görünməmiş səviyyəsi ilə qarşılaşıb və ölkəyə qarşı yeni hücumların mümkünlüyünü istisna etmək olmaz. “Fransa terrorizmə qarşı əsl müharibə aparır və bu, ölkə qanunlarına ciddi əməl olunmaqla həyata keçirilir” – Baş nazir əlavə edib.
Bundan bir qədər əvvəl Fransa prezidenti Fransua Olland xalqa xüsusi müraciətində Parisdə insanların girov götürülməsi nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyib. O qeyd edib ki, hədəf təsadüfən seçilməyib və “bu, antisemitizm aktıdır”. Prezident, həmçinin fransızları bazar günü keçiriləcək respublika yürüşündə iştirak etməyə səsləyərək deyib: ”Mən orada olacağam”.
Qeyd edək ki, Fransa xüsusi xidmət orqanlarının yanvarın 9-da keçirdikləri əməliyyatlar zamanı "Charlie Hebdo" satirik jurnalının redaksiyasına hücum zamanı 12 nəfəri qәtlә yetirmәkdә şübhәli bilinәn Sәid vә Şәrif Kuaşi qardaşları, habelə Parisdəki әrzaq mağazasında insanları girov götürən IŞID terror tәşkilatınin üzvü Amedi Kulibali öldürülüb.
Teqlər: