Terrorçu qardaşlar öldürüldü - FOTO
Həmin qadın da yanvarın 8-də Parisin cənubunda polis əməkdaşının qətlində şübhəli bilinir.
Polis onların silahlı və çox təhlükəli olduğunu deyir.
Məlumata görə, "Charlie Hebdo" nəşrinin redaksiyasına hücum etməkdə şübhəli bilinən Kuaşi qardaşları da öldürülüb.
Terrorçular Dammarten şəhərində təhlükəsizlik orqanlarının həmləsi nəticəsində öldürülüb.
Qardaşların götürdükləri girovların azad edildiyi bildirilir.
Xatırladaq ki, ötən gün Parisin 11-ci dairəsində yerləşən "Charlie Hebdo" satirik nəşrinin ofisi avtomat silahlardan atəşə tutulub. Hadisə nəticəsində 12 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Ölənlərin ikisi polis, 4-ü isə jurnalın rəssamı olub.