Terrorçular Parisi dağıdır

Terrorçular Parisi dağıdır
  09 Yanvar 2015    Oxunub:2071
Fransanın paytaxtı Parisdə terror həyəcanı davam edir.

AzVision.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, polis Paris metrosunu bağlayıb. Sərnişinlər isə təxliyyə edilib.

Belə ki, Parisdə atışma getdiyindən Eyfel qülləsinin yanındakı “Trokadero” stansiyasınında sərnişinlərin təxliyyəsinə başlanılıb.

Polis təxliyyənin dəqiq səbəblərini açıqlamasa da, şəhərdə yenidən terror təhlükəsinin olması istisna deyil.

Qeyd edək ki, bu gün Parisdə ərzaq məhsullarının satıldığı supermarketə gələn naməlum silahlı burada 5 nəfəri girov götürüb. Girovlardan artıq ikisi öldürülüb. Girovlar arasında kişi olmadığı, yalnız qadınların və uşaqların olduğu bildirilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti