Parisdə yeni qanlı olay: Yaralılar var

Parisdə yeni qanlı olay: Yaralılar var
  09 Yanvar 2015    Oxunub:1940
Fransa paytaxtı Parisin 20-ci dairəsində naməlum şəxslər və polis əməkdaşları arasında atışma baş verib.
Bu barədə AzVision.az “BFMT”yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, atışma ərzaq mağazasının yağınlığında baş verib.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti