Davudoğlunun səhhəti pisləşdi

Davudoğlunun səhhəti pisləşdi
  09 Yanvar 2015    Oxunub:2615
Türkiyənin baş naziri Əhməd Davudoğlunun səhhətində problem yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə baş nazirin müavini Bülənt Arınc məlumat verib. Bildirib ki, bir neçə gündür baş nazir güclü öskürəkdən əziyyət çəkir, ona görə də bu gün Karabük qəsəbəsində keçiriləcək konfransda iştirak edə bilməyəcək:

“Həkimlər müayinə edib, soyuqdəymə və qrip diaqnozu qoyub və bir neçə gün dincəlməli olduğunu bildiriblər. Buna görə baş nazirin Karabükdəki konfransla yanaşı, Bursa və Yalova keçiriləcək konfransda da iştirakı təxriə salınıb”.

Baş nazirin Almaniya, İngiltərə və Davosa rəsmi səfərləri isə əvvəldən müəyyən olunduğu vaxtda reallaşdırılacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti