Ukraynda qanlı döyüş: Ölənlər var

Ukraynda qanlı döyüş: Ölənlər var
  09 Yanvar 2015    Oxunub:2084
Son 24 saat ərzində 4 Ukrayna hərbçisi öldürülüb.
AzVision.az “UNAİN”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko öz “Facebook” səhifəsində yazıb

“Son 24 saat ərzində dörd qəhrəman hərbçimiz həlak olub, 8 nəfər isə yaralanıb” – deyə yayılan məlumatda bildirilir.

Qeyd edək ki, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti