Nizami Gəncəvinin heykəlini yandırdılar
Bu məlumatı “Turan”a Dərbənd şəhərinin sakinləri veriblər. Onların sözlərinə görə, böyük Azərbaycan şairinin və mütəfəkkirinin abidəsinə bundan əvvəl də hücum olmuşdu. O zaman abidənin üstünə boya atılmış və şairin “barmağı” sındırılmışdı.
Dərbənd azərbaycanlıları baş verənlərdən narahatdır. Onlar bütün bu hücumlara görə abidəni qorumaq üçün heç bir tədbir görməyən Dərbənd şəhər rəhbərliyini günahlandırır. Azərbaycanlılar yaxın günlərdə genişmiqyaslı etiraz aksiyası keçirməyə hazırlaşırlar.
Teqlər: